Vasil Latsaniç telekommunikasiya sahəsində 20 ildən çox geniş beynəlxalq təcrübəyə malikdir.
Cənab Latsaniç NEQSOL Holding-in tərkibində telekommunikasiya sahəsində fəaliyyət göstərən Bakcell və Vodafone Ukraine şirkətlərinin Direktorlar Şuralarının Sədridir.
O, həmçinin NEQSOL Holding-də Telekom Rəhbəri vəzifəsində çalışır. Cənab Latsaniç, 2021-ci ildə Holdinqin heyətinə qatılıb və Holdinqin telekommunikasiya aktivlərinin strateji idarəetməsi və gələcək inkişafı, eləcə də yeni bazarlara genişlənməsi üzrə məsul şəxsdir.
NEQSOL Holding-ə qoşulmazdan öncə, cənab Latsaniç 2018-2020-ci illərdə 40 milyon müştəriyə xidmət göstərən, mobil və sabit telekommunikasiya operatoru olan Beeline Rusiya şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışıb. 2017-ci ildə o, Niderlandda yerləşən VEON beynəlxalq telekommunikasiya qrupunun Vitse-Prezidenti vəzifəsində çalışıb. Daha əvvəl isə cənab Latsaniç 16 il ərzində MTS Group və Sistema şirkətində müxtəlif ölkələrdə bir sıra rəhbər vəzifələrdə, həmçinin ən son olaraq MTS Group-da Strategiya, Marketinq və Rəqəmsal İnkişaf üzrə Vitse-Prezident vəzifəsində çalışıb.
Vasil Latsaniç həmçinin maliyyə, telekommunikasiya, informasiya texnologiyaları və digər sahələrdə fəaliyyət göstərən müxtəlif şirkətlərin Direktorlar Şurasının üzvü olub.
Cənab Latsaniç London Biznes Məktəbində Executive MBA dərəcəsinə yiyələnib.