Komplayens
Maraqlı tərəflərlə münasibətlərdə komplayens və etik davranış təcrübələrinə riayət olunması NEQSOL Holding-in biznesin aparılmasında əsas prioritetlərindən biridir.
Biznes təcrübəmizi dayanıqlı inkişaf və Korporativ Sosial Məsuliyyət (KSM) prinsipləri əsasında qururuq. Bu məqsədlə, NEQSOL Holding bütün əməkdaşlar, təchizatçılar və biznes tərəfdaşları üçün hərtərəfli Korporativ Etika və Uyğunluq (Komplayens) Proqramı həyata keçirmişdir. Proqram aşağıdakı siyasət və prosedurlarla idarə olunur və dəstəklənir:
- Davranış Kodeksi (CoC) – İşgüzar davranışımızı müəyyən edən əsas dəyərləri və prinsipləri təmin edən əsas dəyərlər toplusudur. Kodeks Holdinqin müvafiq siyasətləri, prosedurları və rəhbər prinsiplərinə istinad edərək əməkdaşlarımıza, müştərilərimizə və bütün digər maraqlı tərəflərə yardım etmək üçün əsas resurs kimi çıxış edir.
- Rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə Siyasəti (RKM Siyasəti) – rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə problemlərinin həlli ilə bağlı vəzifələrimizi müəyyən edir və uyğun və qanuni olmayan davranış hallarından qaçmağa kömək edir. Holdinqdə rüşvətxorluğa qarşı mübarizə üzrə idarəetmə sistemlərinə, qanunlara və normativ aktlara, digər standartlara və dünya miqyasında qabaqcıl təcrübələrə uyğun olaraq düzgün və etik davranışları təşviq edir.
- Müstəqil Qaynar xətt – mümkün qeyri-qanuni, qeyri-etik və ya yanlış davranış haqqında məlumatverməni asanlaşdıran anonim məlumatlandırma mexanizmidir.
- Maarifləndirmə və Təlim Proqramları – Holdinqin əməkdaşlarının və podratçılarının dəyərlərimizi və prosedurlarımızı başa düşməsini, rüşvətxorluğa və korrupsiyaya qadağa qoyulmasını və bu cür pozuntu hallarında görülə biləcək qabaqlayıcı tədbirləri təmin etməyə kömək edəcək Uyğunluq (Komplayens) üzrə təlim məşğələlərinin toplusu.
- Təhlükəsizliyin yoxlanması və Kompleks qiymətləndirmə – Holdinqimizin hər bir vendorunun və təchizatçısının bizimlə birgə fəaliyyət müqaviləsi bağlamazdan əvvəl yoxlanılması və araşdırılmasına yönəlmiş prosedurlar və proseslər.
- Monitorinq və Müşahidə – prosedurların yararlılığının yoxlanılması və onların tətbiqi zamanı ortaya çıxa biləcək çatışmazlıqların müəyyən edilməsi məqsədilə mütəmadi olaraq aparılan çoxsaylı Audit yoxlamaları və Araşdırmalar.
NEQSOL Holding-in Uyğunluq (Komplayens) Siyasəti və prosedurları kollektiv və fərdi davranışın əsas prinsiplərini müəyyən edir və Qrupun bütün şirkətlərinin işçi heyəti bu prinsiplərə qeyd-şərtsiz əməl etməlidir. Biz uyğunluq (komplayens) və korporativ idarəetmə sahəsində qabaqcıl beynəlxalq standartlara cavab verməyə çalışırıq.
NEQSOL Holding və Nobel Energy (keçmiş Nobel Oil Services) hər ikisi qeyri-qanuni hərəkətlərə qarşı mübarizə üzrə idarəetmə sistemi olan Rüşvətxorluğa qarşı Mübarizə üzrə İdarəetmə Sisteminin (ABMS) effektiv tətbiqini təsdiq edən ilk beynəlxalq standart olan ISO 37001:2016 sertifikatı almışdır. Etik Davranış və Uyğunluq (Komplayens) kodeksinin mühüm hissəsi olan ABMS sertifikatlaşdırması bu sahədə beynəlxalq standartların və qabaqcıl təcrübənin tətbiqi yolu ilə hər hansı qeyri-qanuni hərəkətlərin qarşısının alınması, aşkarlanması və onlara reaksiya verilməsini təmin edir. Bu sertifikatlar Böyük Britaniyada fəaliyyət göstərən Lloyd’s Register Group Limited şirkətinin bir hissəsi olan LRQA tərəfindən aparılmış uğurlu audit yoxlamalarından sonra verilmişdir.
NEQSOL Holding korrupsiya risklərinin təhlili və azaldılması, o cümlədən korrupsiyaya qarşı mübarizə təcrübələrinin inteqrasiyası üçün Uyğunluq (Komplayens) sistemini daim təkmilləşdirir.
NEQSOL Holding-də Uyğunluq (Komplayens) biznes etikası və işgüzar davranışın yüksək standartları deməkdir. Korporativ davranış və biznes etikası siyasəti daxili korporativ davranışın, müştərilərlə, işgüzar tərəfdaşlarla, dövlət orqanları və xarici auditoriya ilə qarşılıqlı fəaliyyətin əsas prinsipləridir.
Qaynar xətt
Müvafiq məlumatvermə kanallarını tətbiq etmək və vaxtında araşdırma aparmaq məqsədilə bütün əməkdaşlarımızı və digər maraqlı tərəfləri şübhələndikləri uyğun olmayan və ya qeyri-qanuni davranış barədə aşağıda verilmiş Qaynar xəttin əlaqə məlumatlarından istifadə etməklə Korporativ İdarəetmə və Komplayens üzrə Menecerə məlumat verməyə təşviq edirik:
Ünvan: 8 Noyabr pr. 113, Baku Bay Tower, Bakı, Azərbaycan
Mobil telefon: +994 12 3104004
E-poçt ünvanı: compliance@neqsolholding.com
Siyasətlər, Bəyanatlar və Prosedurlar
Davranış Kodeksi
0.2 MB
Rüşvət və Korrupsiyaya Qarşı Mübarizə Siyasəti
0.3 MB
Komplayens üzrə Qaynar Xətt və Məlumatvermə proseduru
0.3 MB