İR: Ümumi Baxış
NEQSOL Holding 12000-dən çox əməkdaşdan ibarət peşəkar komandaya malik şaxələndirilmiş beynəlxalq holdinqdir. NEQSOL Holding-də insan kapitalı ən mühüm aktiv hesab edilir.
Nüfuzlu və etibarlı şirkət və yaxşı korporativ vətəndaş olaraq, biznes fəaliyyətimizi ən yüksək korporativ, sosial və etik standartlar əsasında həyata keçiririk. Biznes fəlsəfəmizə və prinsiplərimizə uyğun olaraq, əmək şəraitinə və əməkdaşlarımızın peşəkar inkişafına mühüm önəm veririk.
NEQSOL Holding-in İnsan Resursları (İR) strategiyaları dayanıqlı və yüksək səmərəlilik göstəriciləri olan komanda üçün İstedadların Cəlbi, İnkişafı və Saxlanılması üzrə İR missiyamızı dəstəkləmək məqsədilə hazırlanıb.
NEQSOL Holding-in İnsan Resursları siyasəti əməkdaşlara rəqabətədavamlı, ədalətli iş təcrübəsi təklif etmək və yaxşı müəyyən edilmiş hədəflər təyin etmək üçün tərtib olunub. Holdinqin yanaşması əməkdaşların dayanıqlı, səmərəlilik göstəriciləri yüksək olan komandanın tərkibində davamlı inkişaf, müxtəliflik, inklüzivlik və sinerji mədəniyyəti formalaşdırmaqla özlərini reallaşdırmasına imkan verir.
İstedadların cəlb edilməsi
NEQSOL Holding-in işə qəbul prosesi bütün istedadlara bərabər imkanların təqdim edilməsinə və seçim zamanı şəffaflığın təmin edilməsinə yönəlib. Biz ən yaxşıları cəlb edib onları ən çox nəticə göstərə biləcəkləri və NEQSOL Holding-in əhəmiyyətli korporativ aktivləri ola biləcəkləri vəzifələrə təyin edirik.
Müxtəliflik
Müxtəlif ölkələrdə çoxmillətli əməkdaşlardan ibarət şaxələndirilmiş komandamız innovativ ideyaların yaranmasına, artım və yüksək səmərəliliklə həyata keçirilməsinə imkan verən sinerji və çoxmədəniyyətli mühit yaradır. NEQSOL Holding-in komandasında uyğunlaşma və sinerji daha çox təcrübələr yaratmağa və innovasiyalar tətbiq etməyə imkan verir.
Davamlılığın planlaşdırılması və İstedadların idarə edilməsi
NEQSOL Holding istedadlar və davamçılar bazasının formalaşdırılmasının dayanıqlığını təmin etmək məqsədilə İstedadların və Davamçıların idarəedilməsinə xüsusi diqqət yetirir.
Sürətlə dəyişən mühit, yerli və qlobal səviyyədə genişlənmə planları, şaxələndirilmiş sahələr, qısa və ortamüddətli biznes prioritetləri NEQSOL Holding-də Davamçıların idarəedilməsini gücləndirən amillərdir. Biz istedadlarımıza yeni ideyaları və ya həlləri araşdırmaq imkanı verərək, onları inkişaf etməyə təşviq edərək, ədalətli və rəqabətli kompensasiya və müavinətlər strategiyaları, bərabər imkanlarla karyera yüksəlişi və inkişaf mühiti təmin edərək onları inkişaf etdiririk.
Davamçıların Hazırlanması Proqramımız (SRP) holdinqin strateji hədəflərinə çatması üçün zəruri istedadlara malik olmasını təmin edə biləcək idarəetmə komandası üçün dəyərli, konstruktiv karyera imkanları yaradır. Proqram “The Stevie® Awards” və “Brandon Hall Group HCM Excellence Awards” mükafatları daxil olmaqla, dünyaca məşhur mükafatlarla təltif edilib.
Təlim və inkişafın idarə edilməsi
NEQSOL Holding həm əməkdaşların, həm də şirkətlərin dayanıqlı inkişafını təmin etmək üçün təlim və inkişafa sərmayə yatırır. İstedadlar NEQSOL Holding-in dəyərini artıraraq və bunun əvəzində dəyər və artım əldə edərək özlərini reallaşdırmağa nail olurlar.
NEQSOL Academy
NEQSOL Academy innovasiyaların ön cəbhəsində qalmaq və sürətlə dəyişən biznes mühitinə uyğunlaşmaq üçün dünya səviyyəli biznes məktəbləri ilə əməkdaşlıq çərçivəsində mükəmməl və olduqca effektiv öyrənmə mədəniyyəti yaratmaq və əməkdaşların maksimum qarşılıqlı təsirini təmin etmək məqsədilə yaradılıb. NEQSOL Academy liderlərə yeni düşüncə tərzləri yaratmağa və sürətlə inkişaf edən qlobal tendensiyalarla ayaqlaşmaq üçün yeni imkanlar yaratmağa kömək edir. Daha ətraflı məlumat üçün link-ə daxil olun.
Kompensasiya və Güzəştlər
Kompensasiya və Güzəştlərin idarə edilməsi bütün Qrupda tətbiq olunan NEQSOL Holding qiymətləndirmə sisteminə əsasən və qanunvericiliyə və normativ tələblərə uyğun olaraq həyata keçirilir. Kompensasiya siyasətləri bazarda əməkhaqqı ilə bağlı tendensiyalar, Qrupun və şirkətin uzunmüddətli strategiyaları və fərdi səmərəlilik göstəriciləri nəzərə alınmaqla hazırlanıb. Bundan əlavə, qısamüddətli və uzunmüddətli stimullaşdırma proqramları ədalət və rəqabətqabiliyyətlilik prinsiplərinə riayət edilməklə olduqca effektiv komandaların qorunub saxlanmasına yönəlib. Güzəştlərimizin tam spektri əməkdaşların və müvafiq ailə üzvlərinin rifahının yaxşılaşdırılması üçün tibbi sığorta, həyat sığortası üzrə əmanətlər və digər resurslarla məhdudlaşmayıb.
Bizə qoşulun
Biz holdinqimizə və törəmə şirkətlərimizə qoşulmaqda maraqlı olan potensial namizədləri mümkün vakansiyalardan xəbərdar olmaq üçün mütəmadi olaraq veb-səhifəmizə nəzər salmağa və öz CV-lərini mövzu xanasında vakant vəzifənin adı göstərilməklə recruitment@neqsolholding.com elektron ünvanına göndərməyə dəvət edirik. İşəgötürmə heyətimiz növbəti mərhələyə keçmiş namizədlərlə əlaqə saxlayaraq onları müsahibəyə dəvət edəcək.