Bakcell

Bakcell Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Bakcell Azərbaycanda mobil rabitə xidmətləri göstərən ilk şirkətdir.

Bakcell şəbəkəsi 8000-dən çox baza stansiyası sayəsində əhalinin 99%-ni əhatə edir.

İnnovasiyalar üzrə lider və Azərbaycan iqtisadiyyatının qeyri-neft sektoruna ən çox sərmayə yatıran investorlardan biri olan Bakcell şirkəti 3 milyondan çox abunəçiyə yüksək keyfiyyətli müasir telekommunikasiya (zəng və mobil internet) xidmətlərinin geniş spektrini təqdim edir.

Bu gün Bakcell ölkənin bütün regionlarında (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) ən yüksək keyfiyyətli 4G xidmətini əsasən ən yeni texnologiyalara sərmayə yatırmaq üçün uğurlu uzunmüddətli strategiyası və ən yaxşı və ən sürətli 4G şəbəkəsi sayəsində təmin edir.

Bakcell, öz sinfinin ən yaxşı 4G mobil internet xidməti də daxil olmaqla, məhsul və xidmətlərin geniş spektrini təklif edir. Bakcell 4G internetini Bakı metrosunda tətbiq edən ilk mobil operatordur.

Azərbaycanın "ən yaxşı" mobil şəbəkəsi ("Best in Test")

Bakcell xidmətlərinin ən yüksək keyfiyyəti və ən yüksək sürəti yerli və beynəlxalq səviyyədə mütəmadi olaraq tanınır. Bakcell 2018 və 2019-cu illərdə dünya şöhrətli Ookla şirkəti tərəfindən "Azərbaycanın ən sürətli mobil şəbəkəsi" adına layiq görülüb. Bakcell-in ölkədə ən yaxşı orta yükləmə sürətinə, eləcə də bazarda ən aşağı orta gecikmə müddətinə malik olduğu təsdiq edilmişdir. 2017-ci ildə Bakcell şəbəkəsi mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində dünyanın nüfuzlu təşkilatlarından olan P3 Communications şirkəti tərəfindən Azərbaycanda ən mobil yaxşı şəbəkə ("Best in Test") adına layiq görülüb.

İnnovativ müştəri təcrübəsi

Yerli telekommunikasiya sənayesində pioner olan Bakcell tez-tez müasir rabitə istifadəçilərinin istək və tələblərinə cavab verən yeniliklər və ən müasir həllər təklif edir. Bakcell 2018-ci ildə ölkənin telekommunikasiya bazarında ilk və ən innovativ müştəri xidməti metodu olan "Mənim Bakcellim" mobil tətbiqini təqdim edib. Müştəri Xidmətləri üzrə virtual mobil tətbiq olan "Mənim Bakcellim" abunəçilərə öz mobil nömrələri vasitəsilə yaradılmış hesabdan bütün zəruri əməliyyatları yerinə yetirmək və müştəri xidmətləri ofisinə zəng etməyə və ya oraya yaxınlaşmağa ehtiyac olmadan öz nömrələri haqqında ətraflı məlumat almaq imkanı verir.

Bakcell ölkədə ən böyük loyallıq proqramlarından biri olan "Ulduzum" layihəsini həyata keçirməklə abunəçilərinə eksklüziv endirimlər və güzəştlər təqdim edir.

Etibarlı biznes tərəfdaşı

Hazırda Bakcell müxtəlif sənaye sahələrində fəaliyyət göstərən minlərlə korporativ müştəriyə xidmət göstərir. Şirkət iqtisadiyyatın bir çox sahələrində korporativ telekommunikasiya xidmətlərinin ən böyük təminatçısıdır. Bakcell Azərbaycanda fəaliyyət göstərən yerli və beynəlxalq şirkətlərə yüksək keyfiyyətli telekommunikasiya həlləri təqdim edir. Şirkətin peşəkar əməkdaşları mobil rabitənin bütün aspektlərində şirkətlərə, yerli özünüidarəetmə orqanlarına və təşkilatlara fərdi yardım göstərə bilər. Bakcell korporativ müştərilərə daha effektiv şəkildə əməkdaşlıq etmək, daha səmərəli işləmək və öz müştəriləri ilə daha yaxşı qarşılıqlı fəaliyyət göstərmək, əməkdaşları arasında təhlükəsiz və etibarlı şəkildə əlaqələr qurmaqda kömək edir və bununla da iqtisadiyyat və biznes sektorunun inkişafına kömək edir.

Korporativ Sosial Məsuliyyət (KSM)

Bakcell ölkədə ən irimiqyaslı Korporativ Sosial Məsuliyyət (KSM) proqramlarından birini həyata keçirir.

Şirkət xüsusi qayğıya ehtiyacı olan uşaqlara, valideyn himayəsindən məhrum olmuş uşaqlara və gənclərə, eləcə də müxtəlif yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində iqtisadi cəhətdən əlverişsiz ailələrdən olan uşaqlara dəstək göstərir.

Bakcell Azərbaycan gənclərinin təhsilinə və peşəkar inkişafına daim diqqət yetirir və iqtisadi cəhətdən əlverişsiz ailələrdən və digər həssas qruplardan olan gənc mütəxəssislər və insanlar arasında məşğulluq səviyyəsinin yüksəlməsinə böyük töhfə verir.

Xüsusilə ölkənin kənd regionlarında qadınların hüquq və imkanlarının genişləndirilməsi Bakcell-in KSM strategiyasının daha bir mühüm elementidir.

İnnovasiyalar Bakcell-in əsas prioritetlərindən biridir. İnnovasiyalar sahəsində tanınmış lider olan Bakcell daim yerli startapları, eləcə də təhsil, elm və texnologiya sahələrində həyata keçirilən layihələri dəstəkləyir. 2014-cü ildə Bakcell yerli startaplara, eləcə də aparat və proqram təminatı developerlərinə şirkətdən geniş dəstək almaq imkanı vermək üçün Azərbaycanda ilk biznes inkubasiyalardan biri olan "AppLab" İnkubasiya Mərkəzini istifadəyə verib. Bakcell 2018-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin INNOLAND İnkubasiya və Akselerasiya Mərkəzi ilə əməkdaşlıq müqaviləsi imzalayıb.

Daha ətraflı məlumat üçün www.bakcell.az saytına daxil olun.