Azerconnect Group

Azerconnect Group Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində ilk B2B (Business-to-Business) şirkətdir.

Azerconnect Group Azərbaycanın dinamik şəkildə inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində ilk B2B (Business-to-Business) şirkətdir.

2013-cü ildə təsis edilmiş şirkət İKT sahəsində beynəlxalq standartlara uyğun xidmətlərin geniş spektrini təqdim edir. Ölkənin ən iri və aparıcı texnologiya şirkətlərindən biri olan Azerconnect Group rəqəmsal transformasiya sahəsində dünya tendensiyalarını yaxından izləyir və öz fəaliyyətində qabaqcıl dünya təcrübəsini və müasir həlləri tətbiq edir.

Azerconnect Group gələcək inkişaf strategiyası, missiyası və aydın baxış bucağı sayəsində, İKT sektoru ilə yanaşı, müxtəlif sahələrdə fəaliyyət göstərən mobil və sabit rabitə operatorları, internet provayderləri və digər şirkətlər də daxil olmaqla, korporativ sektorun müştərilərinə müxtəlif qabaqcıl xidmətlər göstərir.

Azerconnect Group, B2B sektorunda tam əhatəli, mərkəzləşdirilmiş və yenilikçi telekommunikasiya xidmətləri təqdim edərək, ölkənin İKT sektorunun dayanıqlı inkişafına və rəqəmsal transformasiya proseslərinə öz töhfəsini verir.

Şirkətin göstərdiyi xidmətlərin siyahısına aşağıdakılar daxildir:

  • Texnologiya xidmətlərinin tam spektri
  • Müştəri təcrübəsinin idarə edilməsi üzrə xidmətlər
  • İxtisaslaşmış maliyyə, insan resursları, təchizat zəncirləri və digər yardımçı xidmətlər

Şirkət müştəriyönümlülük, sahibkarlıq ruhu, çevik və innovativ yanaşma prinsiplərini rəhbər tutaraq öz xidmətlərinin spektrini daim təkmilləşdirir. 1400-ə yaxın yerli və xarici mütəxəssisdən ibarət peşəkar komandanın çalışdığı Azerconnect Group öz əməkdaşlarına və bütövlükdə əmək bazarına karyera yüksəlişi üçün geniş imkanlar təqdim edir.

Daha ətraflı məlumat üçün www.azerconnect.az saytına daxil olun.