Azerconnect Group

Azerconnect Group Azərbaycanın ən böyük İKT şirkətlərindən biridir.

Azerconnect Group innovativ, yüksəkkeyfiyyətli və geniş əhatə dairəsinə malik İKT xidmətləri, həmçinin həyata keçirdiyi müxtəlif layihələrlə ölkə iqtisadiyyatının inkişafına, o cümlədən Azərbaycanın regionun rəqəmsal mərkəzinə çevrilməsinə töhfə verir.

Şirkət effektivliyi artıran, inkişafı sürətləndirən və gündəlik həyatı asanlaşdıran rəqəmsal həllər təqdim etməklə fərdlərin, icmaların və bizneslərin imkanlarını genişləndirir. 2013-cü ildə təsis olunan Azerconnect Group geniş xidmət portfelinə malikdir. Bura həm ənənəvi telekommunikasiya həlləri – mobil və şəbəkə, sabit internet, beynəlxalq kanalların təşkili kimi xidmətlər, həm də FinTech, AdTech və Media/TV sahələrində qabaqcıl həllər daxildir.

Azerconnect Group öz fəaliyyətində daim müasir yanaşmalar tətbiq edərək xidmətlərini daha da təkmilləşdirir, ölkədə aparıcı tərəfdaş şirkətləri ilə əməkdaşlığı gücləndirir, həmçinin beynəlxalq miqyasda tanınmış qurumlarla strateji tərəfdaşlıqlar qurur. Azerconnect Group, Vodafone Group-la strateji tərəfdaşlıq sayəsində qlobal təcrübə və innovativ yanaşmalardan faydalanaraq, ölkədə İKT ekosistemini daha da gücləndirir və sahənin dayanıqlı inkişafına töhfə verir.

Hazırda şirkətdə 3000-dən çox peşəkar mütəxəssisdən ibarət komanda çalışır. Şirkət həm əməkdaşları, həm də ümumilikdə ölkənin əmək bazarı üçün geniş və müxtəlif karyera imkanları təqdim edir. Paralel olaraq, şirkət əməkdaşların peşəkar inkişafı, gender bərabərliyi, inklüzivliyi təşviq edərək innovasiya və inkişafı dəstəkləyən iş mühiti formalaşdırır. Azerconnect Group ardıcıl olaraq nüfuzlu “Top Employers Institute” (Ən Yaxşı İşəgötürənlər İnstitutu) tərəfindən ardıcıl olaraq üç il ərzində “Ən yaxşı işəgötürən” beynəlxalq sertifikatına layiq görülən yeganə yerli şirkətdir.

Azerconnect Group ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə, eyni zamanda, BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqinə xüsusi önəm verir. Şirkət enerji-effektiv texnologiyalar və şəbəkələrin optimallaşdırılması vasitəsilə CO₂ emissiyasını və enerji sərfiyyatını əhəmiyyətli dərəcədə azaldır. Eyni zamanda, BMT Qlobal Sazişinin üzvü olan şirkət, fəaliyyət və inkişaf strategiyasında bu təşəbbüsün prinsiplərini tətbiq edir.

Daha ətraflı məlumat üçün www.azerconnect.az saytına daxil olun.