Enerji

Qrup 1990-cı illərin əvvəllərində neft-qaz sənayesində yaradılan müəssisələr vasitəsilə bazara ilk addımlarını atıb.

ŞİRKƏTLƏR

Qrup 1990-cı illərin əvvəllərində neft-qaz sənayesində yaradılan müəssisələr vasitəsilə bazara ilk addımlarını atıb.

Bu sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş kapital daha sonra gələcək inkişafa yenidən investisiyalaşdırılmış və bu da gələcəkdə neft-qaz sənayesində fəaliyyət göstərən şirkətlər qrupunun sürətlə inkişaf etməsinə və genişlənməsinə gətirib çıxarmışdır.

Neft-qaz sənayesi üzrə xidmətlərə yüksək tələbatı nəzərə alaraq, bazar payının artırılması məqsədilə təmir və texniki xidmət üzrə xidmətlərin göstərilməsində ixtisaslaşan bir neçə şirkət yaradılıb.

2000-ci illərin sonunda biznesimiz kəşfiyyat və hasilat üzrə yeni fəaliyyət növlərinin əlavə edilməsi hesabına genişləndirilib. Hazırda Kəşfiyyat və hasilat bölməsi bir neçə ölkədə müxtəlif neft və qaz yataqlarına malikdir. Əsas diqqət böyük, təsdiqlənmiş karbohidrogen yataqlarına yönəldilir ki, burada mürəkkəb texniki planlaşdırma və güclü əməliyyat icrası ehtiyatların gizli potensialını aça bilər. Şirkət mənimsənilmiş yataqlarda hasilatın artırılması üzrə layihələr də daxil olmaqla, qiymətləndirmə və işlənmə proqramlarının işlənib hazırlanması və yerinə yetirilməsi üçün yerin təkinin işlənməsi üzrə imkanlarından istifadə edir.

Əməliyyat və xidmətlərimizə daxildir:

  • EPCM – Ofşor və onşor aktivlər üzrə Layihələndirmə, Satınalma, Tikinti və Layihə idarəetmə
  • PSCM – Təchizat zəncirinin idarə edilməsi, anbar idarəetməsi və satınalma üzrə inteqrə olunmuş xidmətlər
  • İnteqrə olunmuş xidmətlər – neft yataqlarının istismarı və avadanlığa texniki xidmət, habelə turbomaşınların quraşdırılması və təchizatı və layların neftveriminin artırılması üzrə xidmətlərin göstərilməsi
  • Qazma xidmətləri – "açar təhvili" qazma və hasilat xidmətləri, eləcə də neft və qaz quyularının əsaslı təmiri
  • Kəşfiyyat və hasilat xidmətləri (E&P) – Azərbaycanda, ABŞ-da və Böyük Britaniyada bir neçə neft yatağına malik olmaqla

Səhmdarların və idarəetmə komandasının missiyasını və baxış bucağını vurğulayan əsas dəyərlərimiz qrupun fəaliyyətinin genişləndirilməsinə və nüfuzunun artırılmasına kömək edir. Bu dəyərlər işin müxtəlif texniki aspektlərinə və komanda yanaşmasına yönəlmişdir.

Biz energetika sahəsində özümüzü dünya miqyasında nüfuza sahib olan və etibarlı şirkətlər qrupu kimi mövqeləndiririk. Beynəlxalq strategiyamız çərçivəsində özünü doğrultmuş nailiyyətlərimizi yeni coğrafi bölgələrə genişləndirməyə çalışırıq. E&P fəaliyyətinin əsas məqsədi həm mənimsənilmiş, həm də mənimsənilməkdə olan bazarlarda idarə olunan və idarə olunmayan mövqeləri birləşdirən aktivlərin gəlirli portfelini yaratmaq və idarə etməkdir.