Salvador Anqlada telekommunikasiya və İT sahələrində 27 ildən çox iş təcrübəsinə malikdir.
Cənab Anqlada hazırda NEQSOL Holding-in telekommunikasiya qrupu olan Bakcell şirkətinin Direktorlar Şurasının üzvüdür.
O, peşəkar karyerası ərzində Avropada “Telefonica”, “O2” və “Dell” şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. “Bakcell”in Direktorlar Şurasına təyinatından əvvəl o, 9 il BƏƏ-nin “e&” şirkətlər qrupunun (əvvəlki Etisalat) Biznes üzrə baş direktoru, sonra isə qrupun müəssisə və hökumət qurumlarına rəqəmsal transformasiya xidməti göstərən “e& enterprise” adlı törəmə şirkətinin baş icraçı direktoru vəzifələrini icra edib.
Cənab Anqlada İspaniyanın “Instituto de Empresa” universitetində icraçı MBA (executive MBA) və “Madrid UPM” universitetində sənaye mühəndisliyi üzrə magistr dərəcəsi alıb. O, həmçinin Silikon vadisinin “Singularity” Universitetində icraçı (executive) proqramı və IESE Business Məktəbində PDG proqramını uğurla bitirib.