Qunnar Panke telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə malikdir.

Qunnar Panke
Bakcell şirkətinin Baş İcraçı Direktoru

Qunnar Panke telekommunikasiya sahəsində 35 ildən artıq beynəlxalq təcrübəyə malikdir.

Cənab Panke 8 iyun 2026-cı il tarixindən etibarən Bakcell şirkətinin Baş İcraçı Direktoru vəzifəsində çalışır.

Bundan əvvəl, Cənab Panke Azərbaycan, Almaniya, Fransa, Rumıniya və digər ölkələrin aparıcı telekommunikasiya şirkətlərində müxtəlif rəhbər vəzifələrdə çalışıb. O, müştəriyönümlü biznes transformasiyası, strateji inkişaf və dayanıqlı artım istiqamətlərində geniş təcrübəyə sahibdir.

Qunnar Panke Fransanın Poitiers Universitetində strateji idarəetmə üzrə fəlsəfə doktoru (PhD) dərəcəsinə, həmçinin ENSPTT Universitetinin MBA dərəcəsinə sahibdir.

Daha əlavə, o, INSEAD, University of Oxford, London Business School, IE Business School, ESMT Berlin və Darden School of Business kimi dünyanın nüfuzlu ali təhsil müəssisələrində rəhbərlik proqramlarını uğurla tamamlayıb.