Larri Beyts neft-qaz sənayesində geniş beynəlxalq təcrübəyə malikdir.
Cənab Beyts Böyük Britaniyada qeydiyyatdan keçmiş Nobel Upstream neft qrupunun Baş direktoru və Direktorlar Şurasının sədridir.
Nobel Upstream şirkətində təyinatından əvvəl cənab Beyts "NK Rosneft" ASC-nin Vitse-prezidenti və Prezidentinin müşaviri vəzifəsində çalışıb, burada beynəlxalq layihələrə və biznesin inkişafına nəzarət edib. O, Birləşmiş Ştatlarında ExxonMobil və Kanadada Statoil ilə, habelə Almaniyada BP ilə birgə müəssisə və Çində CNPC ilə əməkdaşlıq üzrə sövdələşmələr barədə danışıqlar aparıb. Cənab Beyts həmçinin BP, TNK-BP, Trinity Energy və Baker Hughes şirkətlərində rəhbər vəzifələrdə çalışıb.
Cənab Beyts BP Rusiya-nın Vitse-prezidenti və Səhmdar Biznes Meneceri vəzifəsində çalışmış, BP-nin əməliyyatlarına və Rosneft ilə biznesin inkişafı üzrə səylərə rəhbərlik edib. O, Saxalində geoloji-kəşfiyyat işlərinə nəzarət edib və BP-nin Rus Arktikasında kəşfiyyat lisenziyaları əldə etmək səylərinə kömək edib.
2005-ci ildən 2007-ci ilədək cənab Beyts TNK-BP-də İstehsalat vahidinin rəhbəri və TNK-BP-nin ilk "sıfırdan" layihəsinin direktoru vəzifələrində çalışıb. Daha əvvəl isə cənab Beyts neft-qaz sənayesində müstəqil şirkət olan Trinity Energy Ltd.-nin təsisçi Direktoru olub, burada o, Özbəkistanın ilk Hasilatın pay bölgüsü sazişi ilə bağlı danışıqlar aparıb və onu icra edib, Özbəkistan və Rusiyada neft və qaz yataqlarını idarə edib və regionda emal olunmuş neft məhsullarının satışı ilə məşğul olub. O, həmçinin Baker Hughes və EVI-Weatherford ilə neft xidmətləri sektorunda çalışıb, burada keçmiş Sovet İttifaqı və Cənubi Amerika ölkələrinin bazarlarında işlərin yerinə yetirilməsi haqqında müqavilə əsasında bir çox layihələr həyata keçirib.
Cənab Beyts 1989-cu ildə Texas A&M Universitetinin İqtisadiyyat üzrə bakalavr dərəcəsinə (Magna Cum Laude) yiyələnib.