Ceyms (Cim) Koui energetika sənayesində 40 illik rəhbərlik təcrübəsinə malikdir.
Cənab Koui NEQSOL Holding daxilindəki Nobel Energy (əvvəllər Nobel Oil Services) enerji qrupunun Direktorlar Şurasının üzvüdür.
Nobel Energy şirkətinin heyətinə qatılmazdan əvvəl cənab Koui 40 il neft-qaz sənayesində çalışıb, bunun 15 ili ərzində qazma işləri üzrə podratçı şirkətdə, qalan hissəsində isə Amoco, BP/Amoco və BP şirkətlərində işləyib.
Cənab Koui karyerasının son illərində BP-nin quyular sahəsində qlobal əməliyyatlar üzrə Vitse-prezidenti vəzifəsində çalışmış, şirkətin bütün dünyada quyularla bağlı fəaliyyətinə dəstək göstərmişdir. Bundan əvvəl isə o, Azərbaycan, Gürcüstan və Türkiyədə, daha əvvəl isə Böyük Britaniya və Norveçdə (Şimal dənizində) BP şirkətlərinin quyular üzrə Vitse-prezidenti vəzifəsində çalışıb.
Cənab Koui həmçinin bəzi şirkətlərin Baş icraçı direktorlarının müşaviri olaraq da cəlb edilmişdir.
Cənab Koui Aberdin şəhərində yerləşən Robert Qordon Universitetində Neft-qaz mühəndisliyi üzrə magistr elmi dərəcəsini fərqlənmə ilə bitirib.