Xəbərlər
NEQSOL Holding sosial mediada saxta məlumatlar barədə xəbərdarlıq edir
Son vaxtlar sosial mediada meydana gələn saxta və yalan məlumatlar iddia edir ki, NEQSOL Holding əhalini holdinqin gəlirlərindən yararlanmağa dəvət edir və müxtəlif investisiya imkanları təklif edir. Bu saxta məlumatlar sizi guya holdinqin mənfəət bölüşdürmə və investisiya sxemində iştirak etmək üçün keçidə daxil olmağa sövq edir, lakin əslində bu, zərərli bir fişinq saytıdır.
Bununla əlaqədar NEQSOL Holding bəyan edir ki, belə təkliflər tamamilə yalan və saxtadır. Holdinq bu cür təkliflər etməmişdir və ya onlara icazə verməmişdir. Holdinq bildirir ki, o, ictimaiyyətə heç bir mənfəət bölüşdürülməsi və ya investisiya planı təqdim etməyib və ciddi şəkildə xəbərdarlıq edir ki, belə məlumatlar və onlarla bağlı fişinq sxemləri saxtadır. Biz, həmçinin, müvafiq sosial media platformalarının prosedurlarına uyğun olaraq bu məlumatlarla bağlı şikayət etmişik və müvafiq hüquq-mühafizə orqanlarına müraciət etməyi nəzərdən keçiririk.
Bununla yanaşı NEQSOL Holding onunla bağlı bütün məsələlərdə öz rəsmi veb-saytı (www.neqsolholding.com) və ya sosial media hesablarında (www.linkedin.com/company/neqsol-holding, www.twitter.com/neqsolholding və www.youtube.com/@neqsolholding) olan rəsmi məlumatlara istinad etməyə çağırır. NEQSOL Holding belə saxta məlumatlar və ya fişinq sxemlərindən irəli gələn və ya onlarla bağlı yarana bilən istənilən iddia və ya zərərə görə heç bir məsuliyyət daşımır.