Xəbərlər

Important Notice: Beware of Fraudulent Websites

Bizə məlum olub ki, a-zholding.com domeni altında fəaliyyət göstərən vebsayt qanunsuz olaraq bizim vebsaytımızın dizaynının, məzmununun surətini istifadə edib və hətta bizim rəhbər heyətimizi, bizneslərimizi və ofis ünvanlarımızı təhrif olunmuş qaydada təqdim edib. Bu vebsaytın NEQSOL Holding ilə heç bir əlaqəsi yoxdur və onlar tərəfindən irəli sürülən hər hansı iddia və ya təqdimatlar tamamilə saxtadır. Bu cür qanunsuz hərəkətlərdən irəli gələ biləcək hər hansı itki və ya zərər üçün NEQSOL Holding heç bir məsuliyyət daşımır.

Biz bütün maraqlı tərəflərə, müştərilərə və geniş ictimaiyyətə ehtiyatlı olmağı və şirkətimizə aid olduğunu iddia edən hər hansı məlumatları bizim rəsmi vebsaytımızrəsmi əlaqə kanallarımız vasitəsilə yoxlamağı tövsiyə edirik. Əgər a-zholding.com nümayəndələri sizə müraciət edibsə və ya hər hansı bir şübhəniz varsa, xahiş edirik dərhal bizimlə office@neqsolholding.com elektron poçtu vasitəsilə əlaqə saxlayasınız.

Biz, brendimizi, əməkdaşlarımızı və dəyərli tərəfdaşlarımızı qorumaq üçün bu saxta fəaliyyətə qarşı fəal şəkildə hüquqi tədbirlər görürük. Sayıqlığınız və ehtiyatlılığınız üçün təşəkkür edirik.