NEQSOL Academy

NEQSOL Academy — mükəmməlliyə doğru səyahətiniz

NEQSOL Academy holdinqin müxtəlif ölkələrdə fəaliyyət göstərən şirkətlərinin 10,000-dən çox əməkdaşı üçün bütün rəqəmsal öyrənmə fəaliyyətlərini bir mənbədən idarə etmək imkanını yaradan və 6 dildə geniş mövzuları əhatə edən rəqəmsal təlim və ünsiyyət platformasıdır.

NEQSOL Academy holdinqin insan kapitalının peşəkar məqsəd və perspektivlərinin təkmilləşdirilməsi sayəsində sinergiya və dayanıqlı artıma təkan verir. Qlobal və yerli təhsil müəssisələri və tədris platformaları, o cümlədən Harvard Business School, MIT Sloan School, SkillSoft, RBL Institute, ADA Universiteti ilə əməkdaşlıq istifadəçilərə ən son bilik və məlumatları əldə etməyə imkan verir. NEQSOL Academy-nin zəngin kitabxanasında həmçinin PMI, ISACA, ORACLE, SHRM, Six Sigma kimi səlahiyyətli qurumlar tərəfindən akkreditə olunmuş 16,000-dən çox LinkedIn Learning kursu mövcuddur.

Məzmun, iş və həyat bacarıqları üçün vacib olan liderlik, biznes tendensiyaları, funksional/texniki sahələr, rifah və fərdi inkişaf kimi sahələrdə bir çox müxtəlif mövzuları əhatə edir. Platforma, masaüstü və mobil tətbiq versiyaları vasitəsilə hər zaman, hər yerdə qlobal öyrənmə imkanları ilə holdinqin əməkdaşlarının inkişafını dəstəkləyir.

NEQSOL Academy çoxşaxəli sahələri və müxtəlif mədəniyyətləri ilə sərhədsiz öyrənmə mədəniyyəti mozaikasının yaradılması üçün şərait yaradır.

NEQSOL Academy həmçinin qarşılıqlı fəaliyyət, bir-birindən öyrənmək və sosial platforma vasitəsilə əlaqələri saxlamaq üçün məkan təmin edir.

Daha ətraflı məlumat və əməkdaşlıq üçün info@neqsolacademy.com elektron ünvanı vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.