AzerTelecom

AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderidir. 

AzerTelecom Azərbaycanı beynəlxalq internet şəbəkəsinə bağlayan magistral internet provayderidir. 

2008-ci ildə təsis edilmiş AzerTelecom ölkənin ilk mobil operatoru və ən sürətli mobil internet provayderi olan Bakcell-in törəmə şirkətidir.

AzerTelecom Azərbaycanı yüksək sürətli internet və digər telekommunikasiya xidmətləri ilə təmin edir. Şirkət Azərbaycanın bütün əsas rayon və şəhərlərini əhatə edən və xaricdəki tərəfdaşlarının şəbəkələri vasitəsilə bütün əsas beynəlxalq telekommunikasiya qovşaqları da daxil olmaqla qlobal şəbəkəyə qoşulmuş dayanıqlı və şaxələndirilmiş fiber-optik kabel şəbəkəsinə malikdir.

Şirkət Azərbaycanın telekommunikasiya sahəsində, xüsusilə də magistral internet bazarında böyük paya sahibdir. AzerTelecom davamlı olaraq ölkənin telekommunikasiya bazarına innovasiyalar tətbiq edir, yeni xidmətlər təklif edir, innovativ layihələr həyata keçirir, korporativ və dövlət sektorlarında müştərilərə qabaqcıl telekommunikasiya xidmətləri təqdim edir və müvafiq lisenziyalara malikdir.

Şirkət müştərilərə xidmətlərin geniş spektrini təqdim edir:

  • İnternetin topdansatışı: şirkət Azərbaycana internet trafiki çatdırır və onu korporativ müştərilərə, o cümlədən internet xidmət təminatçılarına (ISP) və digər şirkətlərə satır. Mobil şəbəkələrdə nəqletmə: xidmət geniş MPLS/DWDM/SDH şəbəkələri vasitəsilə təmin edilir
  • Ayrılmış kanal xidməti: xidmət ölkə daxilində və beynəlxalq miqyasda təmin edilir
  • FTTx (X nöqtəsinə qədər fiber-optik xətt): AzerTelecom Azərbaycanda müxtəlif təyinatlı fiber-optik kabellərin çəkilməsini həyata keçirir
  • DDoS hücumundan müdafiə xidməti: DDoS hücumundan ("xidmətdən imtina" tipli hücum) müdafiə xidməti kiberhücum hallarında müştərilərin qorunması üçün nəzərdə tutulub
  • Beynəlxalq tranzit: AzerTelecom şəbəkəsi İnternet trafikinin xaricdəki tərəfdaşlarının şəbəkələri ilə birləşdirilərək Azərbaycan ərazisindən keyfiyyətli tranzitini təmin edir
  • SIP telefoniya: xidmət, ənənəvi telefoniyadan fərqli olaraq, heç bir əlavə xərc olmadan nömrəni istənilən ünvana daşımağa imkan verir
  • Data Mərkəzi xidmətləri: kolokasiya, təhlükəsiz infrastruktur və hostinq xidmətləri müştərilərə öz fəaliyyətlərini gücləndirməyə və təhlükəsizliyini təmin etməyə imkan verir
  • VPN (virtual özəl şəbəkə): xidmət müştərilərə öz virtual özəl şəbəkələrini yaratmağa imkan verir

2011-ci ildə şirkət Keyfiyyət Menecment Sistemini tətbiq edərək ISO 9001:2008 Beynəlxalq Standartlarına Uyğunluq Sertifikatı almışdır.

AzerTelecom öz fəaliyyət sahəsinə istiqamətlənmiş Korporativ Sosial Məsuliyyət (KSM) strategiyasını həyata keçirir, İKT və digər sektorlarda həyata keçirilən müxtəlif layihələri dəstəkləyir.

"Rəqəmsal İpək Yolu" layihəsi

AzerTelecom 2018-ci ildə NEQSOL Holding-in başlatdığı "Rəqəmsal İpək Yolu" kimi tanınan iri layihəni həyata keçirir. Təşəbbüs Avropanı Gürcüstan və Azərbaycan vasitəsilə Mərkəzi və Cənubi Asiya bazarlarına birləşdirən müasir tranzit fiber-optik (FO) infrastruktur şəbəkəsini inkişaf etdirmək məqsədi daşıyır.

Ehtimal olunur ki, "Rəqəmsal İpək Yolu" regionun rəqəmsal ekosistemini dünyanın ən qabaqcıl standartlarına uyğun inkişaf etdirəcək, habelə xarici internet təminatçılarından asılılığı azaldacaq və Mərkəzi və Cənubi Asiya regionlarında 1,8 milyard insan üçün müxtəlif rəqəmsal xidmətlərə çıxış imkanını yaxşılaşdıracaqdır. Bu iddialı layihə Azərbaycan və Gürcüstanda müasir Data Mərkəzlərinin və internet trafik mübadiləsi məntəqələrinin yaradılması, regionun qlobal hiper miqyasçeviricilər üçün potensial təyinat yerinə çevrilməsi imkanlarını nəzərdə tutur.

Layihə çərçivəsində AzerTelecom Qazaxıstandakı tərəfdaşları ilə birgə Xəzər dənizinin dibi ilə Transxəzər Fiber Optik kabel xəttinin (TransCaspian Fiber Optic – TCFO) çəkilməsinə başlayıb. 2019-cu ildə Azərbaycan və Türkmənistanı birləşdirəcək analoji xəttin işə salınması barədə də razılıq əldə edilib. AzerTelecom Azərbaycan ərazisində dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilişində Azərbaycan Dəmir Yolları (ADY) ilə də əməkdaşlıq edir.

"Rəqəmsal İpək Yolu" layihəsi 2020-ci ildə ABŞ-da keçirilən "Qlobal Strateji İnfrastruktur Liderlik Forumu"nda (Global Strategic Infrastructure Leadership Forum) Asiyada beş ən yaxşı infrastruktur layihəsindən biri seçilmişdir.

Daha ətraflı məlumat üçün: www.azertelecom.az və www.digitalsilkway.az.