Perspektivli Layihələrə İnvestisiyalar

Strateji və/və ya maliyyə investoru olaraq, biz potensial tərəfdaşlardan və müraciət edənlərdən gələn müxtəlif investisiya təkliflərini nəzərdən keçirmək üçün qəbul etməyə hazırıq.

Biz bu təklifləri nəzərdən keçirməkdən məmnun olarıq və investisiyanın potensiala malik olduğunu hesab etsək, müraciət edənləri gələcək müzakirələrə dəvət edəcəyik. Biz həmçinin digər potensial investorlarla birgə investisiya imkanlarını da nəzərdən keçirə bilərik.

Müraciət üçün meyarlar:

  • 10 böyük audit/konsaltinq şirkətindən biri tərəfindən hazırlanmış müfəssəl biznes plan.
  • Biznes planda istifadə olunan Excel elektron cədvəl faylları (qiymətləndirmə, maliyyə hesabatları və s.).
  • Digər əlaqədar sənədlər: lisenziyalar, sertifikatlar və s.

Bu cür təkliflər mövzu xanasında layihənin adı göstərilməklə office@neqsolholding.com e-poçt ünvanına göndərilməlidir. Biz təklifləri nəzərdən keçiririk və layihəyə marağımız olarsa, potensial tərəfdaşı gələcək müzakirələrə dəvət edirik.