Frensis Sommer Nobel Upstream şirkətlər qrupunun holdinq şirkəti olan Nobel Oil E&P (UK) Ltd. şirkətinin Qeyri-icraçı direktorudur.
Cənab Sommer dünya neft-qaz sənayesində geniş təcrübəyə malikdir və bu sənayedə təxminən otuzillik karyerası ərzində yataqların və əməliyyatların işlənməsi texnologiyaları sahəsində liderdir. O, Şimali Amerika, Cənubi Amerika, Rusiya, Böyük Britaniya və Avropada iri neft yataqlarının işlənməsini optimallaşdırmışdır.
Frensis Sommer L1 Energy-nin Partnyorudur və yeni biznes imkanlarının və L1 Energy-nin cari portfelinin texniki qiymətləndirməsindən məsuldur. Daha əvvəl isə o, Pamplona Capital Management-in Partnyoru olub, burada texniki qiymətləndirmədən və dünya neft-qaz sektoruna 10 milyard ABŞ dolları birbaşa investisiya yatırımına dəstək strategiyasından məsul olub.
Cənab Sommer BP şirkətində 27 il çalışıb və burada ən son Texnologiya üzrə İcraçı vitse-prezident və TNK-BP birgə müəssisəsinin Birinci vitse-prezidenti (2005-2013), BP şirkətinin Şimali Amerika, Cənubi Amerika və Avropa ofislərində İcraçı texniki/idarəetmə (1986-2005) vəzifələrini tutub. TNK-BP-nin Korporativ İnvestisiyalar Komitəsinin (CIC) 5 üzvündən biri olmaqla, həmçinin bütün əsas investisiya qərarlarından məsul şəxs olmuşdur.
Cənab Sommer Ostin şəhərində yerləşən Texas Universitetində Neft mühəndisliyi üzrə magistr dərəcəsi, Nyu-York Universitetində isə Fizika üzrə bakalavr dərəcəsi alıb və çoxsaylı elmi əsərlərin müəllifidir.