Riçard Daff Böyük Britaniyanın energetika sahəsində və xaricdə 30 ildən artıq təcrübəsi olan icraçı rəhbərdir.
Cənab Daff NEQSOL Holding daxilindəki Nobel Energy (əvvəllər Nobel Oil Services) enerji qrupunun Direktorlar Şurasının üzvüdür.
Nobel Energy şirkətinin heyətinə qatılmazdan əvvəl uzun müddət Böyük Britaniya, ABŞ və Yaxın Şərqdə yaşayaraq, Böyük Britaniyada qeydiyyatdan keçmiş çoxmillətli mühəndislik və konsaltinq qrupu Wood plc-də çalışıb və burada Qlobal Korporativ və Regional Biznes üzrə rəhbər vəzifələr tutub.
Cənab Daffın son dövrlərdə tutduğu vəzifələr Wood plc-də Strateji layihələr üzrə Prezident və Strategiya və İnkişaf üzrə Prezident vəzifələri olmuşdur. O, həmçinin Böyük Britaniya və Yaxın Şərqdə Direktorlar Şurasının üzvü olub, eləcə də 10 il ərzində İcraiyyə Komitəsinin İcraedici rəhbərliyinə daxil olub.
Cənab Daff Aberdin Universitetində Layihə İdarəetmə üzrə magistr dərəcəsi alıb. O, həmçinin Texas A&M Universitetinin Mays Biznes Məktəbində İcraedici Rəhbərlik Proqramını başa vurmuşdur.