Ülkü Özcan sement sənayesində 22 illik iş təcrübəsinə malikdir.
Xanım Özcan Cənubi Qafqazın ən böyük sement istehsalçısı olan Norm şirkətinin Direktorlar Şurasının üzvüdür.
O, 2021-ci ilin iyununa qədər enerji və telekommunikasiya kabeli biznesi sahəsində fəaliyyət göstərib. 2018-2020-ci illərdə Türkiyənin ən böyük sement istehsalçılarından biri olan Çimsa şirkətində müxtəlif vəzifələrdə işləyib. Ülkü Özcan, həmçinin, Afyon Sementdə müxtəlif vəzifələri, eləcə də Direktorlar Şurasının üzvü, Qlobal Sement və Beton Assosiasiyasında nümayəndə, Türkiyə Sement İstehsalçıları Birliyində Audit Komitəsinin üzvü kimi müxtəlif vəzifələri icra edib.
Xanım Özcan, təhsilini 1994-cü ildə Qalatasaray Ali Məktəbində, 1999-cu ildə Marmara Universitetinin Biznes fakültəsində ingilis dilində alıb. Həmçinin Parisdə INSEAD Biznes məktəbində Qabaqcıl Sənaye Marketinqi və Strategiyası Proqramını və Sabancı X-Celerate Liderlik Proqramını uğurla bitirib.