Yusif Cabbarov müxtəlif sahələrdə, o cümlədən enerji, telekommunikasiya və maliyyə təşkilatlarında 20 ildən çox uğurlu idarəçilik təcrübəsinə malikdir.
Cənab Cabbarov NEQSOL Holding-in Sədridir. O, həmçinin 2015-ci ildən holdinqin Səhmdar Ofisinin rəhbəri vəzifəsində çalışıb. Cənab Cabbarov strateji və korporativ idarəetmə prinsiplərinə əsaslanaraq holdinqin yenidən təşkili və transformasiya layihəsinə rəhbərlik edib.
Yusif Cabbarov holdinqin tərkibində olan müxtəlif şirkətlərin Direktorlar Şurasının üzvüdür.
Cənab Cabbarov holdinqə 2013-cü ildə enerji sahəsində fəaliyyət göstərən Nobel Energy (öncə Nobel Oil) şirkətlər qrupunda Baş direktorun müavini və Baş maliyyə direktoru kimi qoşulub. O, bu vəzifədə Nobel Oil qrupunun Nobel Energy və Nobel Upstream qruplarına yenidən təşkili layihəsinə rəhbərlik edib.
2000-ci ildən 2013-cü ilə qədər Yusif Cabbarov maliyyə sektorunda çalışıb. O, 2007-ci ildən Azərbaycanın aparıcı kommersiya banklarının birində İdarə Heyətinin sədr müavini vəzifəsində çalışıb və strategiya, marketinq və iri yenidənqurma layihələrinə rəhbərlik edib.
2023-cü ildə Azərbaycanın iqtisadi inkişafına və sahibkarlıq sahəsinə verdiyi mühüm töhfələrə görə “Tərəqqi” medalı ilə təltif edilib.
Cənab Cabbarov Liderliyin İnkişafı Proqramını (PLD in Strategic Management) uğurla başa vurmaqla Harvard Biznes Məktəbinin məzunu olub. O, həmçinin 2007-ci ildə Birminhem Biznes Məktəbində MBA dərəcəsi, 2002-ci ildə isə UNEC-də iqtisadiyyat və maliyyə üzrə bakalavr təhsilini bitirib.