İnvestisiya Siyasəti
NEQSOL Holding genişlənmə və inkişaf strategiyasını qəbul edib, buna əsasən də investisiya fəaliyyətində fəal iştirak edir.
Əsas investisiya fəaliyyətimiz aşağıdakı mühüm kateqoriyaları əhatə edir:
- Birləşmə və Sərmayələr (M&A),
- Yeni bizneslərə investisiyalar,
- Özəl kapitala investisiyalar,
- Maliyyə qiymətli kağızlarına investisiyalar.
İnvestisiya fəaliyyətimizi idarə etmək və istiqamətləndirmək üçün əsas daxili sənəd kimi investisiya siyasətini qəbul etmişik və bu siyasət əsasında bütün biznes təkliflərini aşağıdakı kateqoriyalara bölmüşük:
- Əsas sahələr – güclü iştirakımız və rəqabət üstünlüklərimizin olduğu sahələr.
- Əsas sahələr ilə əlaqəli olan bizneslər – bunlar bizim ya iştirak etmədiyimiz, ya da əhəmiyyətli rəqabət üstünlüyü olmadan iştirak etdiyimiz, lakin böyük təcrübəmizin olduğu sahələrə yaxın sahələrdir. Biz inanırıq ki, əsas biznes sahələrində təcrübəmizdən və rəqabət üstünlüklərimizdən istifadə edərək, bu sənaye sahələrində də əhəmiyyətli iştirakçı ola bilərik.
- Əsas sahələr ilə əlaqəli olmayan sahələr – bunlar bizim heç bir iştirakımızın və təcrübəmizin olmadığı sahələr, həmçinin bizim üçün prioritet olmayan bizneslərdir.
Biz investisiyaların seçilməsi və qiymətləndirilməsi proseslərimiz çərçivəsində, ilk növbədə, əsas sahələrə və onlar ilə əlaqəli bizneslərə diqqət yetiririk.
Qrupun İnvestisiya Siyasətinə uyğun olaraq, biz investisiya risklərinin idarə edilməsi və səhmdarların risk iştahasının lazımi səviyyədə yerinə yetirilməsi üçün müəyyən ölçüləri, coğrafi və digər məhdudiyyətləri də müəyyən etmişik.
Biz İnvestisiya Siyasətimizi ildə bir dəfədən az olmayaraq yenidən nəzərdən keçiririk ki, bu Siyasət dinamik biznes mühitinin və səhmdarların risk iştahasının tələblərinə uyğun olsun.