Daxili Audit
Daxili Audit funksiyası tam müstəqil qaydada holdinqə risk-əsaslı və obyektiv təminatlar, tövsiyələr və təhlillər təqdim edir.
Funksiya öz vəzifələrini həyata keçirərkən Daxili Audit üzrə Beynəlxalq Standartların və Etik Davranış Kodeksinin prinsiplərini tətbiq edir.
Daxili Audit funksiyası, ilk növbədə, aşağıdakılara məsuldur:
- korporativ idarəetmə prosesinə və risklərin idarə edilməsi prosedurlarına baxış
- uyğunluğun (komplayens) auditi və daxili nəzarət mexanizmləri
- əməliyyat səmərəliliyinin və məhsuldarlığının auditi
- İT nəzarət mühitinin və informasiya təhlükəsizliyinin qiymətləndirilməsi
- əsas maraqlı tərəflərin sorğuları əsasında xüsusi baxışlar
Audit Komitələri holdinqin tərkibinə daxil olan şirkətlərin Direktorlar Şuralarına müxtəlif sahələrdə, həmçinin nəzarət mühitinin və idarəetmə təcrübələrinin səmərəliliyinin qiymətləndirilməsində, maliyyə hesabatı prosesinə nəzarətdə, daxili audit üzrə fəaliyyətin monitorinqində və fəaliyyət növlərinin xarici auditorlarla koordinasiya edilməsində kömək edirlər. Dövri və strukturlaşdırılmış hesabatlılıq əsas maraqlı tərəfləri həll olunmamış məsələlərin vəziyyəti barədə məlumatlandırmaq və daxili audit tövsiyələrinin vaxtında tətbiq edilməsini təmin etmək üçün həyata keçirilir.
Daxili Audit xidməti səmərəliliyin artırılması və səylərin təkrarlanmasının minimuma endirilməsi üçün digər keyfiyyət təminatı funksiyaları ilə yaxından əməkdaşlıq edir.