Korporativ İdarəetmə
Korporativ idarəetmə getdikcə bir çox korporasiyalar üçün korporativ məqsədlərə nail olmağa kömək edən ən mühüm amillərdən birinə çevrilir.
Bu, korporasiyaların əsas məqsədinin müştərilər üçün uzunmüddətli real dəyər və səhmdarlar üçün rifah yaratması, eyni zamanda sosial rifah və ekoloji dayanıqlılığa səbəb olması ilə bağlı ola bilər.
Özünü doğrultmuş korporativ idarəetmə sistemimiz daxili və xarici hesabatlılığın dəstəklənməsinə, habelə biznes etikası və davranış üzrə ən yüksək standartlara sadiqliyimizi sübut edir.
NEQSOL Holding-in korporativ idarəetməyə ardıcıl yanaşması uzunmüddətli gəlirliliyin artırılmasına, risklərin idarə olunması üzrə müvafiq təcrübələrə riayət edilməsinə, habelə səhmdarların və peşəkar heyətin maraqlarını uzlaşdırmaqla uzunmüddətli, üstün və dayanıqlı səhm dəyərinin yaradılmasına yönəlmişdir. Biz bütün fəaliyyətlərimizdə daim bütövlüyü təmin və təşviq etmək üçün korporativ idarəetmə strukturumuzu davamlı olaraq təkmilləşdiririk. Effektiv idarəetmə bizim korporativ mədəniyyətimizin əsasını təşkil edir.
Bizim əsas məqsədimiz, NEQSOL Holding-in müştəriləri, tərəfdaşları və digər maraqlı şəxslər, habelə fəaliyyət göstərdiyi cəmiyyətlər və mühit qarşısında daha geniş korporativ məsuliyyətinə uyğun olaraq, maraqlı şəxslərin əsaslı korporativ idarəetmə ilə bağlı gözləntilərini doğrultmaqdır.
NEQSOL Holding bir neçə coğrafi məkanda təmsil olunan beynəlxalq şirkətlər qrupudur. Biz hər bir yurisdiksiyada normativ öhdəliklərə uyğun korporativ idarəetmə sistemimizi təkmilləşdirməyə davam etməyə çalışırıq.
Əsas korporativ idarəetmə prinsiplərimiz mülkiyyət və idarəetmənin bölüşdürülməsinə, eləcə də ciddi daxili uyğunluq (komplayens) siyasətinə uyğun olan və müstəqil Direktorlar Şuraları tərəfindən tam dəstəklənən yüksək ixtisaslı icraçı idarəetmə heyətinin cəlb edilməsinə yönəlmişdir. NEQSOL Holding olaraq, inanırıq ki, effektiv korporativ idarəetmə yalnız idarəetmə komandamızın güclü, peşəkar liderlik bacarıqları və keyfiyyətləri, eləcə də komandamızın işinə sadiq üzvləri ilə əməkdaşlıq sayəsində mümkün ola bilər.
Holdinqə daxil olan şirkətlərdən hər birinin yüksək ixtisaslı və nüfuzlu müstəqil üzvlərdən ibarət Direktorlar Şurası var. Direktorlar Şurası, yekun qərarı qəbul edən şəxslər olaraq, Qrupun şirkətləri üçün strateji qərarlar qəbul etmək səlahiyyətinə malikdir. Direktorlar Şurasının rolu və fəaliyyəti idarəetmə komandasının işini tamamlamalı, gücləndirməli və dəstəkləməli, eyni zamanda səhmdarların maraqlarının qorunması və artmasına və uzunmüddətli dayanıqlı dəyərin yaradılmasına kömək etməlidir.
NEQSOL Holding-in mənzil-qərargahı təşkilat daxilində strateji və maliyyə nəzarətinin koordinasiyasını həyata keçirən Korporativ Mərkəz rolunu oynayır. Birləşmə və Satınalma, İnvestisiya, Restrukturizasiya, Qiymətləndirmə, Layihələrin maliyyə təhlili və Birgə müəssisələr kimi demək olar ki, bütün əhəmiyyətli layihələr və əməliyyatlar Korporativ Mərkəzin heyəti tərəfindən idarə olunur. Direktorlar Şurası tərəfindən qəbul edilən qərarların səmərəliliyinin artırılması və tövsiyələrin hazırlanması məqsədilə hər ay İcraiyyə Komitəsi (İK) yaradılır ki, bu Komitə də Korporativ Mərkəzlə Direktorlar Şuraları arasında fəaliyyətləri koordinasiya edir.
NEQSOL Holding-in hər bir müəssisəsi öz biznes göstəricilərinin daimi təhlili və təkmilləşdirilməsindən məsuldur və Direktorlar Şurası da istisna deyil. NEQSOL Holding müstəqil direktorlar və rəhbərlik arasında möhkəm işgüzar münasibətləri saxlamaqla, peşə fəaliyyətinin, işgüzar etikanın və uyğunluğun (komplayens) ən yüksək standartlarını qoruyub saxlamaq məqsədilə müstəqil qiymətləndirmə aparmağa və Direktorlar Şurasının işini daim qiymətləndirməyə imkan verən müxtəlif alət və üsullardan istifadə edir. Güclü korporativ idarəetmə sistemi NEQSOL Holding-in əsas xüsusiyyətidir və Direktorlar Şurasına olduqca təcrübəli üzvlərin cəlb edilməsinə və regional və beynəlxalq səviyyədə idarəetmə üzrə ən yaxşı, ən perspektivli kadrların seçilməsinə zəmin yaradır.
NEQSOL Holding həm əməliyyat, həm də maliyyə baxımından daim yüksək göstəricilər nümayiş etdirir. Şirkət öz fəaliyyətində, münasibətlərində və iş yerlərində ən yüksək şəffaflıq səviyyəsinə sadiqliyini nümayiş etdirmək və qoruyub saxlamaq üçün bütün filialları arasında müşahidə olunan şəffaflığı bütün mümkün vasitələrlə təbliğ və təşviq edir.
Vergi şəffaflığı bütün yurisdiksiyalarda NEQSOL Holding qrupunun şirkətləri üçün əsas siyasət kimi müəyyən edilir. İndiyə qədər Qrupun şirkətləri 1,3 milyard ABŞ dollarına ekvivalent məbləğdə müxtəlif növ vergilər ödəyiblər.