İllik Dayanıqlılıq Hesabatı
Maraqlı tərəflər qrup şirkətlərinin ümumi əməliyyat və maliyyə göstəriciləri və işlərinin vəziyyəti, eləcə də onların fəaliyyətlərinin dayanıqlılıq məsələlərinə iqtisadi, ekoloji və sosial təsirləri barədə mütəmadi məlumat almaq hüququna malikdirlər.
NEQSOL Holding ötən il ərzindəki fəaliyyəti haqqında ətraflı məlumatları əks etdirən və maraqlı tərəflər qarşısında NEQSOL Holding-in hesabatlılığının artırılmasına xidmət edən illik hesabatın hazırlanması və dərc edilməsi öhdəliyinə sadiqdir. Holdinq maraqlı tərəflərə ümumi əməliyyat və maliyyə göstəriciləri barədə məlumat vermək üçün bu hesabatlıqdan istifadə etməyə çalışır.
NEQSOL Holding-in illik hesabatı aşağıdakı tərkib hissələrindən ibarətdir:
- Ümumi korporativ məlumat
- Əməliyyat və maliyyə göstəriciləri
- Direktorun hesabatı
- Korporativ İdarəetmə haqqında məlumat
- Maliyyə hesabatları üzrə audit rəyi
NEQSOL Holding həmçinin gündəlik fəaliyyətinin iqtisadi, ekoloji və sosial təsirləri haqqında illik dayanıqlılıq hesabatları dərc edir. Dayanıqlılıq haqqında hesabat, qeyri-maliyyə hesabatı olmaqla, korporativ məqsədləri təyin etməzdən öncə, Holdinqə öz iqtisadi, ekoloji, sosial və idarəetmə göstəricilərini qiymətləndirməyə və kommunikasiya etməyə, eləcə də dəyişiklikləri daha səmərəli və effektiv şəkildə idarə etməyə kömək edir.
Bu hesabat cəmiyyətin həyata keçirilən fəaliyyətlər barədə daim məlumatlı olmasını təmin etmək üçün cəmiyyətin əsas məsələlərlə bağlı məsuliyyətli şəkildə məlumatlandırılması üçün fəal alət və platforma kimi həlledici rol oynayır.
Sənayenin müxtəlif sahələrində təmsil olunmaqla, təsdiq edirik ki, fəaliyyətimiz ətraf mühitə və bütövlükdə cəmiyyətə bilavasitə təsir göstərir. Beləliklə, dayanıqlılıq üzrə hesabatlılığın dəyəri ondan ibarətdir ki, bu hesabat Holdinqin tərkibinə daxil olan şirkətlərə su istehlakı, istixana qazı emissiyaları, torpaqdan istifadə, biomüxtəliflilik və tullantıların idarə olunmasından tutmuş, şəffaflıq, insan hüquqlarının idarə edilməsi, əməkdaşların məşğuliyyəti, sağlamlıq və əməyin mühafizəsinə qədər məsələlərə olan təsirlərini nəzərdən keçirməyə və qiymətləndirməyə imkan verir.
Qrup şirkətləri dayanıqlı inkişafın idarə edilməsi üzrə çox güclü və səmərəli həyata keçirilən struktura malikdir və dayanıqlı inkişaf məsələləri, o cümlədən ekoloji, iqtisadi və sosial məsələlər şirkətlərin illik fəaliyyət planlarına daxil edilir. Bu planlar müəyyən edilərək onların illik Əsas Səmərəlilik Göstəriciləri əsasında müvafiq departamentlərin rəhbərlərinin nəzərinə çatdırılır. Müvafiq olaraq, Holdinqin Korporativ Mərkəzi mərkəzləşdirilmiş idarəetmə orqanı kimi fəaliyyət göstərərək proseslərə nəzarət edir və onların səmərəli olmasını təmin edir. Bu isə ən vacib və əhəmiyyətli məsələlərin əhatə olunmasına və lazımi şəkildə kommunikasiya edilməsinə xidmət edir.
Bakcell şirkətinin illik dayanıqlılıq hesabatı
4.4 MB